waplog

“Microsoft” korporasiyası yeni mühərriklə işləyən “Edge” brauzerini təqdim edib


“Microsoft” şirkəti “Chromium” mühərriki ilə işləyən tamamilə yenilənmiş “Edge” brauzerini təqdim edib. Proqram “Windows 10” və “macOS” istifadəçilərinə 90-dan çox dildə əlçatandır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Microsoft Edge” brauzerinin əsas yenilikləri arasında – “Chrome”un standart genişlənmələrinin dəstəyi, yeni vərəq səhifəsinin fərdiləşdirilmiş tənzimlənməsi, axınlı 4K video dəstəyi, brauzerdə PDF sənəddə qələmlə işləmək, həmçinin veb-saytlara baxış zamanı istifadəçilərin izlənilməsinin qarşısının alınması funksiyası.

 

Bundan başqa, “Internet Explorer” rejimi nəzərdə tutulub. Bu, saytlarla uyğunluğu təmin edən sadələşdirilmiş interfeysdir.

 

“Edge” brauzerinin yenidən işlənməsi bu brauzerin populyarlığının azalması fonunda atılmış məntiqli addımdır. 2019-cu ilin dekabrında brauzerin fərdi kompüter istifadəçiləri üçün bazar payı yalnız 6,5% təşkil etmişdi.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL