waplog

Hitrou aeroportunda dronları izləyən sistem quraşdırılıb


Londonun Hitrou aeroportunda uçuş üçün bağlı zonada olan pilotsuz uçan aparatların aşkarlanması, izlənilməsi və identifikasiyası sistemi quraşdırılıb. Sistem, həmçinin dronun operatorunun olduğu yeri müəyyənləşdirməyə imkan verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, son illər sayı durmadan artan həvəskar dronların istifadəçiləri məlumatsızlıqdan və ya qəsdən dronların istismar qaydalarını pozduğu halda sərnişin təyyarələri üçün təhlükə törədə bilərlər. Bununla əlaqədar müxtəlif ölkələrin hökumətləri tərəfindən pilotsuz uçan aparatlardan istifadəyə məhdudiyyətlər tətbiq olunur, hava limanlarının administrasiyaları isə dronların izlənilməsi və onlarla mübarizə üçün sistemlərin quraşdırılması barədə düşünür.

 

Hitrou aeroportunda Fransanın “Thales” şirkəti tərəfindən quraşdırılan sistem barədə məlumat çox azdır. Onun dəqiq tərkibi və funksionallığı açıqlanmır. Jurnalistlərin məlumatına görə, sistemə “Aveillant” şirkətinə məxsus dronları 5 kilometr məsafədən aşkarlamağa imkan verən holoqrafik radar daxildir. “Thales” şirkəti oxşar dronların aşkarlanması sistemini Parisin Şarl de Qoll aeroportunda da quraşdırıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL