waplog

Yeni hərbi texnologiya qaranlıqda sifəti tanıyacaq


ABŞ ordusu sifətin istilik şüalanmasının emalı vasitəsilə qaranlıqda onu tanımağa imkan verən texnologiyanın hazırlanmasına 4,5 milyon dollar sərf edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, sifətin tanınması texnologiyası hazırda hərbçilər tərəfindən insanların döyüş meydanında müəyyənləşdirilməsi üçün istifadə olunur, lakin o, adətən standart videomüşahidə kameralarının görüntülərinə əsaslanır. Yeni texnologiya isə insanların identifikasiyası üçün infraqırmızı təsvirləri analiz etməyə imkan verəcək.

 

Hərbçilərin tələbinə görə, texnologiya insanın daşıya biləcəyi kiçikölçülü qurğuya quraşdırılmalıdır. Bundan başqa, sistem 10-500 metr məsafədə işləmək imkanına malik olmalı və insanların sifətlərini məlumat bazası ilə müqayisə edə bilməlidir.

 

Texnologiyanın hazırlanmasına nəzarət ABŞ Müdafiə Nazirliyinin tərkibinə daxil olan Kriminalistika və Biometriya Agentliyi (Defense Forensics and Biometrics Agency) tərəfindən həyata keçirilir. Agentliyin rəhbərliyi altında infraqırmızı təsvirlərin emalı ilə əlaqədar texnologiyalarla məşğul olan “Cyan Systems” və “Polaris Sensor Technologies” şirkətləri fəaliyyət göstərir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL