waplog

“Gartner”: “2019-cu ildə dünya mikroelektronika bazarında 12 faiz azalma olub”


2019-cu ildə dünyada mikroelektronika komponentlərinin satış həcmi 418,3 milyard dollar təşkil edib ki, bu da 2018-ci ildən 11,9 faiz azdır. Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, əvvəlki illərdə mikroelektronika bazarının həcmi sürətlə genişlənib. Belə ki, 2018-ci ildə onun həcmi 12,5 faiz, 2017-ci ildə isə 21,9 faiz artıb.

 

Bildirilir ki, “Intel” şirkəti bazarda 15,7 faiz paya sahib olmaqla mikroelektronika istehsalçıları arasında liderliyini bərpa edib, iki il əvvəl birinci yeri tutan “Samsung Electronics” isə yaddaş mikrosxemləri seqmentində azalma səbəbindən ikinci pilləyə (12,5 faiz) enib. Bu seqmentin dünya mikroelektronika bazarında payı 26,7 faiz təşkil edir və 2019-cu ildə onun həcmi 31,5 faiz azalıb. Hipermiqyaslanan data mərkəzi operatorları tərəfindən tələbatın gözlənilmədən azalması “DRAM” yaddaş modullarının izafiliyinə səbəb olub. Bununla əlaqədar onların orta qiyməti 47,4 faiz ucuzlaşıb.

 

“NAND” yaddaş modullarının satışı 23,1 faiz azalıb, iyulda isə bu seqmentdə sabitləşmə başlayıb. Buna əsasən qiymətlərin bahalaşması ilə nəticələnən “Kioxia” (əvvəlki Toshiba Memory) və “Western Digital” birgə müəssisəsinin zavodunda elektrik enerjisinin təchizatında baş verən qəza səbəb olub.

 

Analoq sxemlər seqmentində azalma 5,4 faiz təşkil edib, optoelektronika seqmentində isə smartfonlarda kameraların sayının çoxalması sayəsində 2,4 faiz artım qeydə alınıb.

 

Proqnoza görə, 2020-ci ildə ehtiyatların azalması və mədaxilin artması sayəsində qiymətlər bahalaşacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL