waplog

Bakteriya və qumdan “canlı” beton hazırlanıb


Amerikalı alimlər xüsusi bakteriyalarla birgə qum və xüsusi hidrogeldən ibarət matrisdə "canlı" beton hazırlayıblar. Biotərkibə malik beton yaranmış çatları özü aradan qaldırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “nauka.tass.ru” saytına istinadən yazır ki, alimlər “Synechococcus sp.” siyanobakteriyalarını mikroorqanizmlər üçün bir növ qida mühiti olan qum və xüsusi hidrogeldən ibarət karkasda yerləşdiriblər. Bunun sayəsində bakteriyalar çoxalaraq və minerallaşaraq “canlı” beton yaradıblar.

 

Hər dəfə temperatur yüksəlməsi və rütubətin artması zamanı material "canlanaraq" yenidən çoxalmağa başlayıb. Alimlər bu effekti nümayiş etdirmək üçün kərpici iki yerə bölüblər, bir qədər qum, hidrogel və qida maddələri əlavə ediblər, nəticədə siyanobakteriyalar iki tam kərpic yaradıblar.

 

Mütəxəssislər hesab edirlər ki, “canlı” beton artıq 5-10 il sonra geniş yayıla bilər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL