waplog

“Amazon” əlin içi ilə ödəniş etməyə imkan verəcək


“Amazon” şirkəti bir toxunuşla edilən ödənişləri yeni səviyyəyə qaldırmaq istəyir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, sözügedən şirkət əlin içi ilə ödəniş etməyə imkan verəcək ödəniş terminalları hazırlamağı planlaşdırır. Bu haqda “The Wall Street Journal” yazıb.

 

“Amazon” yeni terminalları kafe, sürətli qidalanma restoranları və ticarət nöqtələrində quraşdırmağı planlaşdırır. Terminallardan ilk dəfə istifadə edərkən insanlar əlin içini skanerdən keçirəcək və biometrik məlumatları öz bank hesablarına birləşdirəcəklər. Bundan sonra onlar artıq bir toxunuş etməklə alış-verişin haqqını ödəyə bilərlər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL