İlk “General Motors” sürücüsüz elektromobili nümayiş olunub
"General Motors" şirkətinin "Cruise" bölməsi "Origin" adlı ilk sürücüsüz elektromobil təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "Hightech" resursuna istinadən yazır ki, altı nəfərlik sərnişin tutumuna malik elektromobil sürücüsüz idarə olunur. "Origin" sərnişinlərin hərəkət zamanı darıxmaması üçün "USB" port və rəqəmli ekranlarla təchiz edilib.
"Cruise" şirkətinin baş direktoru Den Əmmanın sözlərinə görə, "Origin" konsepsiya yox, şirkətin gələcəkdə buraxmağa hazırlaşdığı seriyalı modeldir. Bununla yanaşı, hazırda "Origin" ABŞ-ın ümumi istifadəli yollarında istifadə üçün standartlara cavab vermir. Bu səbəbdən yaxın vaxtlarda elektromobil yalnız qapalı yerlərdə sınaqdan keçiriləcək.
Mütəxəssislərin sözlərinə görə, gələcəkdə "Origin" elektromobilindən sürücüsüz taksi kimi də istifadə mümkün olacaq. Hazırda elektromobilin qiyməti açıqlanmasa da, baş direktor qeyd edib ki, qiymət çox ucuz olacaq.
2013-cü ildə ABŞ-da yaradılan "Cruise" şirkəti 2016-cı ildə "General Motors" tərəfindən 1 milyard dollara satın alınıb. Bundan başqa, hazırda "SoftBank" investisiya fondu və "Honda" şirkətdə paya malikdir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL