waplog

“Facebook” robotlara xəritəsiz hərəkət etməyi öyrədib


"Facebook" tərəfindən hazırlanmış süni intellekt robotlara xəritəsiz hərəkət etməyə imkan verir. Bu haqda şirkətdən məlumat verilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, bir çox robotlar datçiklərin göstəricilərinə və ya ərazi üzrə oriyentirlərə əsasən artıq xəritəsiz hərəkət edə bilirlər. Ancaq xəritəsiz istiqamətin müəyyənləşdirilməsi yalnız öncədən təyin edilmiş marşrut üzrə hərəkət etməyə imkan verir. Başqa sözlə, robot öz yolunda maneə ilə qarşılaşdıqda istiqamətini dəyişdirə bilmir və ilişib qalır.

 

"Facebook"un mühəndisləri bu problemi həll ediblər: sınaqlar zamanı onlar tərəfindən yaradılmış robotların idarə edilməsi üçün süni intellekt onlara 99,9% halda təyinat nöqtəsinə çatmağa imkan verib. Bu halda robotlar 3% halda öncədən müəyyənləşdirilmiş marşrutdan kənara çıxıblar.

 

Tədqiqatçıların sözlərinə görə, bu, hərəkət zamanı yaranan maneəni dəf etmək üçün kifayətdir. Bu halda robotlar dərinlik sensoruna malik standart RGB-kamera, GPS və kompasla təchiz edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL