waplog

“JDI” unikal biometrik skaner nümayiş etdirib


Daha çox “JDI” kimi tanınan “Japan Display Inc.” şirkəti dünyada yüksək dəqiqliklə və sürətlə barmaq izlərini oxuyan, vena damarlarının şəklini skan edən, hətta arteriyaların daxilindəki nəbz dalğalarını ölçən ən nazik datçik təqdim edib. İstehsalçı bu texnoloji hazırlamanın yeni nəsil olduqca təhlükəsiz qurğuların yaradılmasına kömək edəcəyinə əminliyini ifadə edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, qalınlığı 15 mikrometr olan təqdim edilmiş datçik kağız vərəqi ilə müqayisə edilə bilər. Bundan başqa, o, olduqca yüngül və elastikdir. Yüksək təsvir ölçüsündə barmaq izləri, vena damarlarının şəkillərini və nəbz dalğalarını eyni anda oxumaq imkanına malik yeni sensor mövcud analoqları ilə müqayisədə təhlükəsizliyi daha yaxşı təmin edir.

 

Datçik, məsələn, daşınan qurğularda tətbiq edilə bilər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL