waplog

İranla milli istinad indeksi üzrə onlayn resurs yaradıla bilər


İslam dünyasının Elmi İstinad Mərkəzinin fəaliyyətinə həsr olunmuş seminar keçirilib. Seminarda İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyinin Elm və Texnologiya üzrə Regional İnformasiya Mərkəzinin (RICeST - Regional Information Center for Science and Technology) rəhbəri, professor Cəfər Mehrad və Mərkəzin Tədqiqat Departamentinin rəhbəri Əli Qazni iştirak edibilər.

 

Azərbaycanın Elmi İstinad Mərkəzində (EİM) təmsil olunmasının əhəmiyyətindən söhbət açan prof. C.Mehrad ölkəmizdə Mərkəzin türkdilli ölkələr (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan) üzrə regional bölməsinin yaradılmasının məqsədəuyğunluğunu bildirib.

 

O, yaradılacaq bölməyə İranın Şiraz şəhərində yerləşən Mərkəzin hər cür dəstək göstərməyə hazır olduğunu vurğuladı. EİM-in artıq 60 ildir ki, istinad indeksi məsələləri ilə məşğul olduğunu bildirən qonaq Azərbaycanda bu mərkəzin yaradılmasının üstünlüklərindən danışıb.

 

Azərbaycan elminin dünya elminə inteqrasiyası və elmi nəticələrin praktik tətbiqi üçün beynəlxalq təcrübədən faydalanmaq imkanının yaradılması baxımından mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğu bildirilib.

 

Qeyd edilib ki, elmin səviyyəsi həmçinin dünyanın nüfuzlu elmi jurnallarında (beynəlxalq məlumat bazalarına daxil olan SCI (science citation index), SSCI (social science citation index), SCOPUS və s.) çap olunmuş məqalələrin, bu məqalələrə başqa müəlliflər tərəfindən istinadların sayı ilə müəyyənləşir.

 

Bildirildi ki, bu kimi işlərin yüksək səviyyədə təşkili Azərbaycan alimlərinin fəaliyyətinin, aparılan elmi tədqiqatların qiymətləndirilməsi, elmi əsər və məqalələrə olan istinadların sayının müəyyən edilməsi, onların dünya elmi ictimaiyyətində tanınması, reytinq cədvəlində yer tutması, o cümlədən vacib qərarların qəbul olunmasında mühüm əhəmiyyət kəsb edir.

 

Tədbirdə istinad indeksi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, milli istinad indeksinin, onun onlayn resursunun yaradılmasının məqsədəuyğunluğu bildirilib. Milli elmi istinad indeksi bazasının yaradılmasının zəruriliyi qeyd edilərək bu bazanın alimlərin elmi işlərinin effektivliyinin qiymətləndirilməsinə imkan verdiyi, milli elmi məlumatlar infrastrukturunun təşəkkülündə mühüm rol oynadığı qeyd edilib.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL