waplog

Londonda sifəti tanıyan müşahidə kameraları quraşdırılacaq


Böyük Britaniyanın paytaxtı London real vaxt rejimində sifətin tanınması funksiyasına malik müşahidə kameraları şəbəkəsi ilə əhatə olunacaq. Texnologiya sınaq mərhələsindən keçib və daimi əsasda tətbiq olunmağa hazırdır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, hüquq-mühafizə orqanları nümayəndələrinin sözlərinə görə, kəşfiyyat məlumatlarına əsaslanacaq sifətin tanınması texnologiyası Londonun müəyyən yerlərində tətbiq ediləcək. “Bu, zorakılıq, soyuq və odlu silahdan istifadə, uşaqların cinsi istismarı kimi ağır cinayətlərlə mübarizədə, eləcə də çətin vəziyyətə düşən insanları müdafiə etməkdə kömək edəcək”, – qanun keşikçiləri qeyd edib.

 

Məlumata görə, kameralar London sakinləri və turistlər arasında populyar olan yerlərdə quraşdırılacaq. Sistem insanların üzlərini ciddi və ağır cinayətlərə görə axtarışda olan və şübhəli şəxslərin siyahısına daxil edilənlərin sifətləri ilə müqayisə edəcək. Uyğunluq aşkarlanan zaman həmin şəxsə polis yaxınlaşacaq və şəxsiyyəti təsdiq edən sənədin təqdim edilməsini tələb edəcək.

 

Bildirilir ki, kameraların quraşdırılması prosesi zamanı “NEC” şirkətinin sınaqdan keçirilən alqoritmləri tətbiq edilib. Testlərdə texnologiya axtarışda olan insanların 70 faizinin şəxsiyyətini müəyyənləşdirib və min nəfərdən birində səhv edib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL