waplog

Atom elektrik stansiyalarının tullantılarından "əbədi" batareya hazırlanıb


Yaxın 10-15 ildə Böyük Britaniyada bir çox atom elektrik stansiyalarının öz fəaliyyətini dayandıracağı gözlənilir. Bristol Universitetinin alimləri radioaktiv tullantılardan "əbədi" batareya hazırlanması üsulunu düşünüblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, Böyük Britaniyada radioaktiv tullantılarla dolu bir neçə atom elektrik stansiyası var. Əvvəllər tullantıları xüsusi ayrılmış yerlərdə basdırır və ya utilizasiya edirdilər. Alimlərin yeni həlli karbon-14 izotopunun daha səmərəli tətbiqinə imkan verir. Bu elementin parçalanma müddəti 5730 ildir. Bristol Universitetinin alimləri tərəfindən hazırlanmış və radioaktiv əraziyə yerləşdirilmiş süni almaz kiçik elektrik cərəyanı yarada bilir. Bu, min illərlə işləyə bilən batareya hazırlamağa imkan verir.

 

Belə batareyalar eşitmə aparatları, kardiostimulyatorlar, peyk və kosmik gəmilərdə istifadə edilə bilər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL