waplog

“Facebook Messenger”də sifətin tanınması sistemi əlavə ediləcək


“Facebook” şirkəti “Messenger” əlavəsinə sifətin tanınması sistemini əlavə etməklə istifadəçi yazışmalarına qanunsuz müdaxilələrdən yeni mühafizə səviyyəsi təqdim etməyi planlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab ” resursuna istinadən yazır ki, funksiyanın ilkin versiyasını “Facebook Messenger” əlavəsində Honkonqun təhlükəsizlik üzrə tədqiqatçısı Mançun Von aşkarlayıb. Onun sözlərinə görə, funksiya “WhatsApp” messencerindəki biometrik mühafizə sistemləri kimi işləyir.

 

Bildirilir ki, istifadəçilər sifətə görə autentifikasiyanı aktivləşdirə və bloklanmanın işədüşmə vaxtını (Facebook Messenger-i tərk etdikdən 1 dəqiqə, 15 dəqiqə və ya 1 saat sonra) seçə bilərlər.

 

Funksiyanın təsvirində qeyd olunur ki, sifətin tanınması funksiyası işə salınmış vəziyyətdə olan zaman istifadəçilər əlavəni blokdan çıxarmaq üçün “Face ID” skanerindən istifadə etməlidirlər. Onlar əlavə bloklanmış vəziyyətdə olanda da bildiriş məlumatlarını oxuya və zəngləri cavablandıra biləcəklər. “Face ID” skaneri “Facebook”da ötürülmür və saxlanılmır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL