waplog

Qəzet kimi çap edilən nazik və elastik sensor ekranlar texnologiyası hazırlanıb


Monaş Universitetinin alimləri qəzet kimi çap edilə bilən nazik və elastik elektron material hazırlayıblar. Gələcəkdə bu texnologiya smartfonlar üçün sensor ekranların hazırlanmasında tətbiq edilə bilər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, alimlər yeni keçirici təbəqə yaratmaq üçün mobil telefonların sensor ekranlarında geniş yayılmış nazik plyonkadan istifadə edib və maye metalların kimyasından istifadə edərək onu 3D-dən 2D-dək azaldıb. Son dərəcə elastik olan nazik təbəqə mövcud elektron texnologiyalara uyğundur.

 

Alimlərin iddiasına görə, yeni materialdan hazırlanmış sensor ekranla təchiz edilmiş mobil telefonlar daha az enerji sərf edəcək. "Yeni yanaşma bahalı və ya ixtisaslaşdırılmış avadanlıq tələb etmir" – mühəndislər izah ediblər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL