waplog

“Sharp” şirkəti “OLED” televizorlar bazarına daxil olur


“Sharp” şirkəti üzvi işıq diodlu (OLED) ekranlarla təchiz edilən televizorlar bazarına daxil olacaq. Yaponiya istehsalçısı belə ekranları Cənubi Koreyanın “LG Display” şirkətindən almağı planlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, 55 və 65 düym diaqonallı versiyalarda təklif ediləcək “Sharp” şirkətinin “OLED” televizorlarının Yaponiya bazarında ilkin qiyməti 300 min yen (2700 dollar) təşkil edəcək. Məhsulların digər ölkələrin bazarlarına çıxarılacağı barədə məlumat verilmir.

 

Bildirilir ki, “Sharp” Yaponiya bazarında ən böyük televizor istehsalçıları sırasına daxildir. “IHS Markit” analitik şirkətinin məlumatına görə, 2018-ci ildə pul ifadəsində şirkətin payı 25,8 faiz təşkil edib, lakin 2019-cu ilin yanvar-sentyabr aylarının yekunları üzrə göstəricinin 22,2 faizə bərabər olması nəticəsində “Sharp” reytinqdə “Sony” və “Panasonic” şirkətlərindən sonra üçüncü yeri tutub.

 

Dünyada “OLED” televizorların satış həcminə görə mütləq lider “LG Electronics” olaraq qalır: şirkət 2018-ci ildə 1,56 milyon “OLED” televizor sataraq bazarın 62,2 faizinə nəzarət edib. Bu göstəriciyə görə ikinci və üçüncü pillədə “Sony” (475 min ədəd, pay 18,9 faiz) və “Panasonic” (195 min ədəd, pay 7,8 faiz) qərarlaşıb.

 

2020-ci ildə qlobal miqyasda ümumilikdə 16 milyon “OLED” televizorun satılacağı gözlənilir. Bu göstərici 2019-cu ildə 9 milyon ədədə bərabər olub.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL