waplog

Bu il dünyada rouminq abunəçilərinin sayı 900 milyona çatacaq


“Juniper Research” tədqiqat şirkəti 2020-ci ildə dünyada rouminq xidmətlərindən istifadə edən mobil rabitə abunəçilərinin sayının 900 milyon təşkil edəcəyini, 2024-cü ildə isə bu göstəricinin 1,1 milyarda çatacağını proqnozlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, analitiklərin sözlərinə görə, operatorlararası rouminq modeli “5G” və “RCS” (Rich Communication Services) kimi yeni texnologiyaların yaratdığı iritutumlu məlumat trafiki təhlükəsinin azaldılması üçün həlledici əhəmiyyətə malik olacaq. Operatorlararası rouminq telekommunikasiya şirkətləri arasında abunəçilər üçün bir-birinin şəbəkəsindən istifadəni təmin edən ikitərəfli sazişlərin imzalanmasını nəzərdə tutur. Sazişlərə əvvəlcədən razılaşdırılmış xərclər və rouminq zamanı səsli rabitə, SMS və məlumatların ötürülməsi xidmətlərindən ədalətli istifadə daxildir.

 

Ekspertlərin proqnozuna görə, 2024-cü ildə operatorlar tərəfindən rouminq xidmətlərinin göstərilməsinə görə digər operatorlardan əldə edilən qlobal xərclərin həcmi 41 milyard dollaradək artacaq. 2019-cu ildə bu göstərici 37 milyard dollar olub.

 

Həmçinin tədqiqatda qeyd olunur ki, dörd ildən sonra rouminqdə qoşulmaların təxminən 20 faizi beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən smartfonların payına düşəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL