waplog

Dünyanın ən böyük ikimotorlu sərnişin təyyarəsi ilk uçuşunu edib (VİDEO)


İkimotorlu hava gəmiləri arasında dünyanın ən böyük "Boeing 777-9X" sərnişin təyyarəsi yanvarın 25-də 4 saat davam edən ilk sınaq uçuşunu həyata keçirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, laynerin "WH001" nömrəli uçuş nümunəsi havaya Sietl aerodromundan qalxıb. Təyyarə havada vaxtın əksər hissəsini 4,6 km hündürlükdə keçirib. Sınaqlar zamanı pilotlar tərəfindən mühərrik, idarəetmə sistemi və göyərtə elektron sistemlərinin işi, eləcə də təyyarənin idarəetmə və dözümlülük qabiliyyəti yoxlanılıb. Hava gəmisinin enişi güclü külək və zəif görmə şəraitində həyata keçirilib. Enişdən sonra pilotlar tərəfindən təyyarənin qanadlarının uc hissəsinin qatlanması sisteminə baxış keçirilib. "Boeing" aviaşirkətinin planına görə, yaxın vaxtlarda təyyarənin sınaqları davam etdiriləcək, 2021-ci ildə isə "Boeing 777-9X" təyyarəsinin ilk sifarişçilərə çatdırılmasına başlamaq nəzərdə tutulur.

 

"Boeing 777-9X" hava gəmisinin 69,8-76,7 metr uzunluğunda uç versiyada buraxılması planlaşdırılır. Laynerin qanadının uzunluğu 71,8 metr (qanadlarının ucları qatlanmış vəziyyətdə 64,8 metr), maksimal uçuş kütləsi isə 351,5 ton təşkil edir. Təyyarənin ölçüləri ona 349-414 sərnişin daşımağa imkan verir.

 

Təyyarənin əsas xüsusiyyəti kimi oxşar xarakteristikalara malik mövcud laynerlərlə müqayisədə yanacaq sərfiyyatını 10 faiz azaldacaq "GE9X" mühərrikləri qeyd olunur. "GE9X" dünyanın ən böyük aviasiya mühərrikidir. Onun ventilyatorunun diametri 3,4 metr, hava girişinin diametri isə 4,5 metr təşkil edir. Bu, "Boeing 767" təyyarəsinin füzelyajının diametrindən kiçik, "Boeing 737" laynerinin füzelyajının diametrindən isə böyükdür.

 

Nizam Nuriyev

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL