waplog

Almaniyada “HTC” smartfonlarının satışlarına qadağa qoyula bilər


“İPCom” firması Almaniyada “HTC” smartfonlarının satışlarına mümkün qədər tez qadağa qoyulmasına nail olmaq niyyətindədir. Bu barədə “Röyters” agentliyi bildirib. Şirkətlər arasındakı məhkəmə təhqiqatı artıq bir neçə ildir ki davam edir.

 

“İPCom” firması 80-ci illərin ortalarından 2000-ci ilə qədər “Bosch” patentlərini əldə edib. “İPCom” firmasının mülkiyyətinə 160 patent daxildir, onların arasında, həmçinin verilənlərin simsiz ötürülməsi texnologiyası da var.

 

“İPCom” firması “HTC” şirkətini bir sıra müdafiə olunan hazırlamaların qeyri-qanuni istifadəsində günahlandırır. 2009-cu ilin fevral ayında məhkəmə “İPCom” iddialarının qanunauyğunluğunu təsdiqləyib, lakin “HTC” qətnaməyə etiraz edib.

 

Lakin keçən həftə Tayvanın smartfon istehsalçısı apelyasiyadan imtina edib və “İPCom” firması dərhal “HTC” smartfonlarının Almaniya bazarında satışlarını qadağan etməyi tələb edib. Əgər məhkəmə yenidən “İPCom” firmasının tərəfini saxlasa, o zaman “HTC” smartfonlarının bayramqabağı satışlarına ciddi zərbə vurulacaq.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL