waplog

Su təchizatında yeni texnologiyalar tətbiq olunur


“Azərsu” Acıq Səhmdar Cəmiyyəti istifadə olunan içməli suyun dəqiq hesabatının aparılması üçün yeni texnologiya tətbiq edib. Belə ki, Bakı şəhərində əhali qrupu üzrə istehlakçılara içməli su və kanalizasiya xidmətləri üzrə ödəniş bildirişləri əl terminalları vasitəsi ilə yerində verilir.

 

Bu cihazların məlumat bazasında abonentlər haqqında bütün məlumatlar - istifadəçinin adı, ünvanı, qeydiyyatda olanların sayı, abonent kodu, sayğaclar və digər məlumatlar toplanmışdır. Su sayğacları üzrə son göstəricilər qeydə alındıqdan sonra terminaldakı əvvəlki məlumatlarla tutuşdurulur, sərfiyyat və borclar haqqında bildiriş çap edilərək müştəriyə təqdim edilir.

 

Eyni zamanda bu məlumatlar dərhal mərkəzi bazaya ötürülür və burada qeydiyyata alınır. Halbuki indiyə qədər sayğac göstəriciləri nəzarətçi tərəfindən qeydə alındıqdan sonra yerli Sukanal Sahələrində bazaya işlənirdi. Beləliklə, abonentlərə bildirişlərin verilməsi günlərlə vaxt aparırdı.

 

Qeyd edək ki, yeni sistem həm də abonentlərlə nəzarətçilər arasında yarana bilən mübahisələrə (sayğac göstəricilərinin düzgün çıxarılmaması, bildirişlərin gecikdirilməsi və s.), həmçinin nəzarətçi səhlənkarlığına birdəfəlik son qoyur.

 

Hələlik Bakı şəhəri üzrə nəzarətçilərin təxminən 10 faizi səyyar əl terminalları ilə təmin olunub. Yaxın gələcəkdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda çalışan bütün nəzarətçilər əl terminalları ilə təmin olunacaq.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL