waplog

Azərbaycanda “4G” şəbəkəsinin tətbiqi məsələsi növbəti bir neçə ayda aktual olacaq


Azərbaycanda dördüncü nəsil (4G) rabitə şəbəkəsinin tətbiqi məsələsi növbəti bir neçə ayda aktuallıq qazanacaq. Bu barədə "Bakcell"in baş kommersiya direktoru Krasimir Genov məlumat verib.

 

Onun sözlərinə görə, “4G” şəbəkəsinin tikintisi artıq mövcud şəbəkəyə uyğunlaşdırma yolu ilə, onun işə salınması isə şirkət bunun üçün lazımi lisenziyaları aldıqdan sonra həyata keçiriləcək. "4G” şəbəkəsi səsli xidmətlərdən daha çox məlumatötürücüyə istiqamətlənib.

 

Məlumatötürücü xidmətlərinin istifadəsi üçün bu standartı dəstəkləyən tamamilə başqa cür DATA-kartlar lazımdır. Digər tərəfdən, “4G” şəbəkəsinin üstünlüyü istifadəçilərin dar dairəsi üçün daha çox maraqlı olacaq.

 

Məsələn, memarlara "ağır" faylları yükləmək üçün lazım olacaq. Keçirdiyimiz test sınaqlarında məlumatötürücünün “4G” şəbəkəsində ən yüksək sürəti 100 Mbit/s-yə çatıb ki, bu da hər hansı bir ləngimə olmadan internet-kontenti yükləməyə və baxmağa imkan verib", - Genov bildirib.

 

Onun sözlərinə görə, istehlakçılar, eləcə də korporativ sektor üçün “3G” şəbəkəsinin təqdim etdiyi üstünlüklər kifayət edəcək. Hazırda üçüncü nəsil rabitə standartını dəstəkləyən telefonlar əhalinin yalnız təxminən 25 faizində var. "3G” şəbəkəsinin tətbiqi bu standartı dəstəkləyən telefonlara tələbatı artıracaq, “3G” telefonları olanlar isə əlavə xidmətlərdən istifadə etmək üçün smartfonlar almağa meyilli olacaqlar.

 

Məsələn, "Hava proqnozu" xidmətindən istifadə etmək, məlumatı bir həftə öncə almaq və ya maliyyə hesabatı və digərlərinin tətbiqi üçün xidmət. Telefonda hər şey dəqiqləşdiriləcək: debüt kartı, kredit kartı, endirim kartı və digərləri" , - Genov deyib.

 

Onun sözlərinə görə, şirkətin göstərilən xidmətlər üzrə qiymət siyasəti də az əhəmiyyət kəsb etmir. Genov deyib ki, “3G” şəbəkəsinin işə salınması artıq operator tərəfindən göstərilən xidmətlərin tariflərinə təsir edib. Hazırda şirkət paket xidməti təqdim edir. Bura daha münasib qiymətlər üzrə böyük trafik həcmi daxil edilib.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL