waplog

Analitiklər mobil ödənişlərin populyarlığının artması haqqında məlumat veriblər


İngiltərənin "LearnBonds" nəşri 2019-cu ildə rəqəmli və mobil ödənişlərdən istifadəyə dair statistika dərc edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, məlumata görə, artıq 2020-ci ildə rəqəmli ödənişlər bazarının həcmi 4,7 trilyon dollar təşkil edəcək ki, bu da ötənilki göstəricidən 15,3% çoxdur, 2023-cü ildə bu göstərici 6,7 trilyon dollaradək artacaq. Mobil ödənişlər seqmentində böyük artım gözlənilir: 2019-cu ildə mobil ödənişlərin həcmi 745 milyard dollar məbləğində qiymətləndirilib, 2023-cü ilədək isə 2,1 trilyon dollarlıq dövriyyə gözlənilir.

 

Mobil ödənişin həcmi də artacaq: ötənilki 791 dollardan 2023-cü ildə 1289 dollaradək. Çin belə əməliyyatların sayına görə liderliyini qoruyub saxlayır.

 

ABŞ rəqəmli ödənişlərin sayına görə ikinci yeri tutur. "LearnBonds" analitiklərinin fikrincə, 2023-cü ilədək Böyük Britaniya, Yaponiya, Almaniya, Cənubi Koreya, Hindistan, Fransa, Kanada və Braziliya rəqəmli ödənişlərin sayına görə ilk onluqda olacaqlar.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL