waplog

“Microsoft” səhiyyə üçün süni intellektə investisiya qoyacaq


"Microsoft" korporasiyası "AI for Health" proqramına start verib. 2025-ci ilədək süni intellektli tibbi texnologiyalara 40 milyon dollar investisiyanın yatırılması nəticəsində şirkətlər, qeyri-kommersiya təşkilatları və elm xadimləri süni intellekt alətləri, "bulud" hesablamaları və digər resurslardan istifadə imkanı əldə edəcəklər. Vəsaitlərin bir hissəsi qrantların verilməsinə sərf ediləcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, proqramın əsas aspektləri arasında tədqiqat işi yer alıb. Belə ki, "Microsoft" alimlərə xəstəliklərin daha dəqiq profilaktikası, diaqnozlaşdırılması və müalicəsinə imkan verəcək resurslar təqdim etməklə tədqiqatlar aparmağa yardım etməyi planlaşdırır. Süni intellektin qəfil körpə ölüm sindromu, diabetik retinopatiya kimi təhlükəli xəstəliklərin tədqiqi üçün tətbiqi nəzərdə tutulur.

 

Analitika sahəsində "Microsoft" uzunömürlülük və ölüm amillərinin müəyyənləşdirilməsi məqsədilə qlobal məlumat mübadiləsinə kömək edəcək. Şirkət nümayəndələrinin sözlərinə görə, tibbi məlumatların məxfiliyinin qorunmasına xüsusi diqqət yetiriləcək.

 

"AI for Health" proqramı çərçivəsində korporasiya inkişaf etməkdə olan ölkələrin sakinlərinə səhiyyə sahəsində yüksək texnoloji tibbi yardım imkanlarının göstərilməsində hüquqi bərabərliyi müdafiə edir.

 

"AI for Health" proqramı süni intellekt vasitəsilə cəmiyyət qarşısında duran aktual çağırışları həll edəcək 165 milyon dollar dəyərində "Microsoft AI for Good" layihəsinin tərkib hissəsidir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL