waplog

“WhatsApp Pay” ödəniş sistemi bir sıra ölkələrdə işə salınacaq


“WhatsApp Pay” elektron ödəniş sistemi növbəti altı ay ərzində bir sıra ölkələrdə istifadəyə veriləcək. Bu barədə “Facebook” şirkətinin rəhbəri Mark Sukerberq bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, onun sözlərinə görə, “WhatsApp” messencerinin ödəniş interfeysi ilə birləşdirilməsi istifadəçilərə pulu fotoşəkillər kimi asan və tez göndərməyə imkan verəcək. M.Sukerberq qeyd edib ki, artıq “WhatsApp” əsasında ödəniş servisi bir sıra ölkələrdə sınaqdan keçirilir, bəzilərində isə növbəti altı ay ərzində istifadəyə verilməsi gözlənilir. Bununla yanaşı, “WhatsApp Pay” sisteminin istifadəyə verilməsi planlaşdırılan konkret ölkələrin adı açıqlanmır.

 

Qeyd edək ki, “WhatsApp Pay” elektron ödəniş sistemi 2018-ci ildən Hindistanda test edilir. Ölkədə elektron ödənişlər üçün Hindistan Milli Ödəniş Korporasiyasının mövcud “UPI” ödəniş interfeysi istifadə olunur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL