waplog

Yeni “Nokia” smartfonları təqdim ediləcək


“Nokia” şirkəti (HMD Global istehsalçısına məxsusdur) fevralın 23-də İspaniyanın Barselona şəhərində “MWC” sərgisi çərçivəsində keçiriləcək yeni smartfonların təqdimat mərasiminə dəvətnamələr göndərməyə başlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Digger.” resursuna istinadən yazır ki, tədbirdə şirkət tərəfindən beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk smartfonların, o cümlədən “Snapdragon 765” prosessoru, 8 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilən “Nokia 8.2” modelinin nümayişi gözlənilir. Qiyməti 500 avroya yaxın olacaq yeni qurğu irəliyə çıxan mexanizmə malik ön kamera ilə təchiz ediləcək.

 

Bundan başqa, 6,2 düymlük “LCD” displey, “Snapdragon 632” prosessor, 4 giqabaytlıq operativ, 64 giqabaytlıq quraşdırılmış yaddaş və arxa paneldə yerləşən qoşa kameraya malik “Nokia 5.2” smartfonu nümayiş olunacaq.

 

Həmçinin 6 düymlük “LCD” ekran, “MediaTek” prosessor, 1 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilən ucuz “Nokia 1.3” modelinin təqdim ediləcəyi ehtimal edilir. Smartfon “Android 10 Go Edition” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL