waplog

“LG Display” Cənubi Koreyada televizorlar üçün “LCD” ekranların istehsalını dayandıracaq


“LG Display” şirkəti Cənubi Koreyada televizorlar üçün maye-kristal (LCD) ekranların istehsalını dayandırmaq niyyətindədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, istehsalçı 2020-ci il ərzində ölkənin Phacju şəhərində yerləşən zavodun fəaliyyətini dayandıracaq. Bununla bağlı müvafiq qərar Çin şirkətləri tərəfindən istehsal həcminin artmasına görə “LCD” displeylər bazarında vəziyyətin pisləşməsi fonunda qəbul edilib.

 

Bildirilir ki, “LG Display” şirkətinin Çinin Quançjou şəhərində fəaliyyət göstərən zavodu televizorlar üçün “LCD” ekranların istehsalını davam etdirəcək. Zavodun inşasına 2017-ci ilin ortalarında başlanılıb, məhsul buraxılışına isə rəsmən ötən ilin avqustunda start verilib. Layihənin həyata keçirilməsi üçün 46 milyard yuan məbləğində investisiya qoyulub.

 

Cənubi Koreyada “LCD” panellərinin istehsalının dayandırılması “OLED” texnologiyası üzrə hazırlanan displeylərin tədarük həcminin artması ilə əlaqədardır. Şirkətin proqnozuna görə, “OLED” panelləri 2021-ci ilədək şirkətin gəlirinin 50 faizini təmin edəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL