Ötən il “Xiaomi”dən törəmiş “Poco” şirkəti “Poco X2” smartfonunu təqdim edib. Qurğu ucuz qabaqcıl “Pocophone F1” smartfonunun işini davam etdirmək üçün nəzərdə tutulub, ancaq qabaqcıl prosessora malik deyil.
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Poco X2” aparatına quraşdırılmış “Qualcomm Snapdragon 730G” prosessorunun imkanları istənilən tapşırıq üçün kifayətdir. Arxa kamera 4 obyektivə malikdir: 64 meqapiksellik əsas “Sony IMX 686” sensoru, 8 meqapiksellik geniş bucaqlı və 2 ədəd 2 meqapiksellik köməkçi modul: kadrın dərinliyinin müəyyənləşdirilməsi və makro çəkiliş üçün. Selfi kamera ikiqatdır: əsas 20 meqapiksellik sensor 2 meqapiksellik dərinlik sensoruna malikdir.
“Poco X2” aparatının əsas "qabaqcıl" üstünlüyü onun displeyidir. 6,7 düymlük böyük diaqonal və FullHD təsvir ölçüsü təsvirin 120 hers tezliklə yenilənməsi imkanı ilə uyğunlaşır. Bu, müasir smartfonların əksəriyyəti ilə müqayisədə 2 dəfə çoxdur.
“Poco X2” smartfonu 6/8 QB əməli yaddaş, 64/128 və ya 256 QB-lıq daxili yaddaşla təchiz edilib. Akkumulyatorun tutumu 4500 milliamper/saatdır, həm də 27 vattlıq enerji doldurma qurğusu boş batareyanı 25 dəqiqə ərzində 40% doldura bilər.
Emil Hüseynov