waplog

Yeni Zelandiyada “Cora” aerotaksisinin sınaqları keçiriləcək


Yeni Zelandiya hökuməti və "Wisk" şirkəti arasında ölkə paytaxtı Vellinqtonda "Cora" aerotaksisinin sınaqlarının keçirilməsi haqqında razılıq əldə olunub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, tərəflər arasında imzalanan Anlaşma Memorandumu testlərin vaxtının və şəhərin sınaq uçuşlarının həyata keçiriləcəyi ərazisinin müəyyənləşdirilməsini nəzərdə tutur.

 

Yeni hava nəqliyyatı növü 7 ilə ərsəyə gətirilib. "Cora" hava taksisi şaquli uçuş və enişlər etməsi, eləcə də üfüqi şəkildə sürətli uçması ilə fərqlənir. Aparatın idarəetmə sistemi ilə təchiz olunması ona həm pilotun nəzarəti altında, həm də pilotsuz rejimdə uçmağa imkan verir.

 

Məlumata görə, "Cora" aerotaksisi saatda 160 kilometr sürətlə 457 metr yüksəklikdə uçur. İkinəfərlik sərnişin tutumuna malik aparatın uçuş məsafəsi 40 kilometr təşkil edir.

 

Testlər başa çatdıqdan sonra Yeni Zelandiyanın "Air New Zealand" aviaşirkəti tərəfindən "Cora" elektrik hava taksilərindən ibarət parkın yaradılması və qısa məsafələrə sərnişin daşımalarının həyata keçirilməsi planlaşdırılır.

 

Nizam Nuriyev

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL