"LinkedIn" şirkətinin baş direktoru və işgüzar ünsiyyət üçün eyniadlı sosial şəbəkənin sahibi Ceffri Uiner 1 iyun 2020-ci il tarixindən istefa verəcəyini açıqlayıb. Bu barədə onun "LinkedIn" sosial şəbəkəsindəki səhifəsində deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "TASS" resursuna istinadən yazır ki, məlumata görə, C.Uinerin şirkət əməkdaşlarına ünvanladığı məktubda 1 iyun 2020-ci il tarixindən etibarən növbəti addım olaraq icraçı sədr kimi fəaliyyət göstərəcəyini, Rayan Roslanskinin isə yeni rəhbər təyin olunacağını bildirib.
Qeyd edək ki, "LinkedIn" sosial şəbəkəsi 2003-cü ildə Kaliforniyada yaradılıb. Platforma biznes əlaqələri qurmağa imkan verir. 2016-cı ildə şirkət ABŞ-ın "Microsoft" korporasiyası tərəfindən satın alınıb.
Nizam Nuriyev