waplog

Amerikalı mütəxəssislər “iPhone 11 Pro” aparatının təhlükəlilik səviyyəsini qiymətləndiriblər


Kaliforniyada fəaliyyət göstərən “RF Exposure Lab” müstəqil laboratoriyasının mütəxəssislərinin araşdırmasına görə, “iPhone 11 Pro”dan çıxan radiotezlik şüalanmasının səviyyəsi ABŞ-ın Federal Rabitə Komissiyası “FCC” tərəfindən təyin edilmiş normadan 2 dəfə yüksəkdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, laboratoriya sınaqlarına əsasən, “iPhone 11 Pro” aparatında elektromaqnit şüalanmanın udulma əmsalı 3,8 Vatt/kq-dır. Komissiya tərəfindən müəyyənləşdirilmiş norma isə 1,6 Vatt/kq təşkil edir.

 

Məlumata görə, şüalanmanın ölçülməsi manekendən 5 mm məsafədə həyata keçirilib. Bu o deməkdir ki cihaz, məsələn, cibə yerləşdirildikdə insan üçün daha təhlükəlidir.

 

Lakin portal yazır ki, “Apple” şirkəti və “FCC” öz qurğularını diqqətlə yoxlayırlar və çətin ki belə səhvə yol verərdilər.

 

Bundan başqa, məqalənin müəllifi xatırladıb ki, “iPhone 7”nin ünvanına da eyni ittihamlar səslənirdi, ancaq təkrar yoxlama cihazın təhlükəlilik səviyyəsini təkzib edib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL