waplog

Ən populyar mobil və masaüstü brauzerlər müəyyən edilib


“Google Chrome” ən populyar mobil və masaüstü brauzer olub. Dünyadakı kompüterlərin 69%-nə quraşdırılıb. 9.53% bazar payına malik “Mozilla Firefox” ikinci yeri tutur. 8.64% göstəriciyə malik “Apple Safari” ilk üçlükdə qərarlaşıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ilenta.com” saytına istinadən yazır ki, növbəti pillələrdə “Microsoft”un brauzerləri “Internet Explorer” (4,71%) və “Edge” (3,7%) qərarlaşıblar. “Opera” brauzerinin bazar payı 2.49% olub.

 

“Google Chrome”un mobil qurğular bazarındakı payı 60.26%-dir, növbəti yerləri 20.9% göstərici ilə “Safari”, 6.4% göstərici ilə “Samsung Internet” tuturlar.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL