waplog

“Xiaomi” dünyada ən güclü smartfon təqdim edəcək


“Xiaomi Mi 10 Pro” smartfonu üzərində keçirilmiş sınaqların nəticəsi məlum olub. Nəticələrə əsasən, aparat dünyada ən güclü smartfondur. Bu barədə Çinin “Digital Chat Station” bloqu məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, populyar bloqun məlumatına görə, “Xiaomi” bu yaxınlarda sözügedən smartfonunu təqdim edəcək. Müəllif mobil qurğuların məhsuldarlığını qiymətləndirən populyar “AnTuTu” testlərinin nəticəsinə istinad edib: “Mi 10 Pro” aparatı təxminən 600 min bal toplayıb. Məlumata görə, “Xiaomi Mi 10” cihazının adi versiyası təxminən 560 min bal toplayıb.
 
İnternetdə yayılmış şayiələrə görə, “Mi 10 Pro” aparatı 120 hers yeniləmə tezliyinə malik ekran, “Qualcomm Snapdragon 865” prosessoru, “LPDDR5” standartına malik 8 QB əməli yaddaş, 66 vatt gücündə sürətli enerji doldurma texnologiyası ilə təchiz ediləcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL