waplog

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüş keçirib.

 

9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirak edən rəsmilər ölkəmizdə seçkinin demokratik keçdiyini qeyd ediblər.

 

Görüş zamanı, həmçinin ölkələrimiz arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq, gələcək inkişaf perspektivləri və görüləcək işlər geniş müzakirə olunub. Azərbaycan və Ukrayna arasında beynəlxalq yükdaşımalarının səmərəli təşkili və həcminin daha da artırılması məqsədilə birgə addımların atılmasının vacibliyi vurğulanıb. Azərbaycan üzərindən tranzit daşımaları və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Nazir Ramin Quluzadə, həmçinin ölkəmizdə səfərdə olan Meksika nümayəndə heyəti ilə görüşüb. Rəsmilər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin şəffaf və demokratik olduğunu, seçki mühitindən razı qaldıqlarını vurğulayıblar.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş tutan görüşdə telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsinə dair fikir mübadiləsi aparılıb. Meksika tərəfi Azərbaycanın bu sahədəki inkişafını yüksək qiymətləndirib və ölkəmizin təcrübəsini öyrənmək istədiklərini bildirib.

 

Görüşdə, eyni zamanda ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə olunub.

 

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL