waplog

“Samsung” şirkəti “Galaxy Z Flip” qatlanan smartfonunu təqdim edib


Cənubi Koreyanın “Samsung” şirkətinin San-Fransiskoda keçirilmiş təqdimatında “Galaxy Z Flip” adlı qatlanan telefon təqdim edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, qurğunun iç hissəsinə elastik şüşəyə malik 6,7 düymlük “Dynamic AMOLED” elastik displey quraşdırılıb. Ön hissədə 1,06 düym diaqonallı əlavə “Super AMOLED” ekranı mövcuddur ki, bağlı vəziyyətdə onda köməkçi məlumatlar göstərilir və ya əsas kameraya selfi üçün video nişanlayıcı kimi istifadə edilir.
 
Aparat “Snapdragon 855+” çipi və “Adreno 640” qrafik sürətləndiricisi ilə təchiz edilib. Qatlanan aparat “One UI 2” interfeysli “Android 10” sisteminin idarəetməsi altında işləyir. “”Galaxy Z Flip” smartfonu 8 QB əməli və 256 QB daxili yaddaşa malikdir, qurğunun ön qapağında hər birinin təsvir ölçüsü 12 meqapiksel olan iki modul yerləşdirilib. Ön  paneldə 10 meqapiksellik kamera quraşdırılıb.
 
“Galaxy Z Flip” smartfonu 3300 milliamper/saat tutumunda daxili akkumulyatora malikdir, təmassız ödəniş funksiyasını, daktiloskopik sensor və AKG audiosistemini dəstəkləyir.
 
Fevralın 14-də satışa çıxarılacaq smartfonun qiyməti 1380 dollardır və 3 rəngdə (qara, bənövşəyi və qızılı) əlçatandır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL