waplog

“Panasonic” yığcam soyuducu və yanğınsöndürən elektrik avtomobillərini təqdim edib


"Panasonic" korporasiyası tərəfindən nümayiş etdirilmiş yığcam yanğınsöndürən və soyuducu elektrik avtomobilləri biznes üçün nəzərdə tutulub və kiçik şirkətlərə avtoparkların yaradılmasında qənaət etməyə və karbon tullantılarını azaltmağa kömək edəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, korporasiya yığcam elektrik avtomobillərini Kaliforniyanın "Tropos Motors" startapı ilə birgə hazırlayıb. Nəqliyyat vasitələri kiçik şirkətlər üçün nəzərdə tutulub.

 

Yığcam yanğınsöndürən nəqliyyat vasitəsi tam ölçülü yanğınsöndürən avtomobillər kimi eyni funksiyalara malikdir. Şirkətin məlumatına əsasən, yeni yanğınsöndürən avtomobilin dəyəri 10 dəfə aşağıdır (ABŞ-da bir yanğınsöndürən maşının orta qiyməti 500 min dollardır). Model naviqasiya, fövqəladə vəziyyət haqqında informasiyanın izlənilməsi və operatorla əlaqə üçün "TOUGHBOOK FZ-G1" planşeti ilə təchiz edilib.

 

Soyuducu funksiyalı elektrik avtomobili 8 ədəd "Hussmann" soyuducu kamera ilə təchiz edilib ki, bu da xüsusi vakuum istilik izolyasiyası sayəsində adi poliuretan konteynerlərdən 13 dəfə daha soyuq saxlamağa imkan verir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL