waplog

“Xiaomi” şirkəti 108 meqapiksellik kameraya malik qabaqcıl qurğularını təqdim edib


“Xiaomi” şirkəti “Mi 10” qabaqcıl smartfonlar xəttini təqdim edib. Koronavirus epidemiyasına görə qurğular onlayn formatda nümayiş edilib. Tədbir “Xiaomi”nin “Weibo” səhifəsində yayımlanıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, şirkət iki smartfonunu – “Mi 10” və “Mi 10 Pro” təqdim edib. Cihazlar 2340x1080 piksel təsvir ölçülü və 90 hers yeniləmə tezlikli 6,67 düymlük “Super AMOLED” displeyi ilə təchiz ediliblər. Ekranın yuxarı sol küncündə 20 meqapiksellik ön kamera üçün perforasiya var. Aparatlar “Snapdragon 865” çipi, 8/12 QB-lıq əməli yaddaş və 128/256 QB-lıq daxili yaddaşa malikdir.

 

“Mi 10” istehsal xəttinə aid qurğular “5G” texnologiyasını dəstəkləyir və yeni “LPDDR5” formatlı əməli yaddaşa malikdirlər. “Mi 10” modeli 108 meqapiksellik əsas modul, 13 meqapiksellik genişbucaqlı obyektiv və hər biri 2 meqapiksel olmaqla iki əlavə sensorla təchiz edilib. “Mi 10 Pro” isə 108 meqapiksellik əsas modul, 20 meqapiksel genişbucaqlı obyektiv, 12 və 8 meqapiksellik iki teleobyektivlə təchiz edilib.

 

Standart qabaqcıl model 30 vattlıq sürətli enerji doldurma texnologiyasına malik 4780 milliamper/saat tutumunda, “Mi 10 Pro” isə 50 vattlıq sürətli enerji doldurma texnologiyasına malik 4500 milliamper/saat tutumunda akkumulyatorla təchiz ediliblər.

 

Qabaqcıl qurğular “Hi-Res Audio” dəstəkli iki stereodinamik, “NFC”, “USB-C” portu, “Bluetooth 5.0” moduluna malikdir. Daktiloskopik sensor qurğuların displeyinə inteqrasiya edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL