waplog

İran “Battlefield 3” oyununun satışını ölkədə qadağan edib


“Gamepron.com” veb-saytının məlumatına görə, İranda məşhur “Battlefield 3” oyununun yeni versiyasının satışları qadağan edilib. Bazar ertəsi İran polis idarəsinin rəsmi bəyanatında “Electronic Arts” şirkətinin yeni oyununa qadağa qoyulmasını təsdiq ediblər.

 

Bildirib ki, İranın bütün kompyuter mağazalarına bu oyunu almaq və satmaq qadağandır. Ölkə hakimiyyətinin narazılığına “Battlefield 3” oyunundakı missiyalardan biri səbəb olub. Belə ki, həmin missiyada Amerika əsgərləri İranın paytaxtında hərbi missiya keçirməlidirlər.

 

Oyunun ssenarisinə əsasən, ABŞ ordusunun əsgərləri İran-İraq sərhədindən keçərək "nüvə təhlükəsi ilə mübarizə üçün" Tehrana daxil olmalıdırlar. Qərb ekspertləri bildiriblər ki, EA şəhərin sənaye rayonları və hərbi nöqtələri daxil olmaqla, Tehranın küçələrini fenomenal dəqiqliklə canlandırıb. Bundan əlavə oyunda tapşırıqlardan biri Tehranın mərkəzi bazarına hücum etməkdən ibarətdir.

 

Qeyd etmək lazımdır ki, İranda hətta gənc və ənənəvi liberal əhali arasında bu tapşırıqlar müxtəlif reaksiyalara səbəb olub. "Biz bu oyunun süjetinin tamamilə uydurulmuş olduğunu başa düşürük, lakin biz həmçinin onu da başa düşürük ki, belə layihələr ABŞ dünyanı İran nüvə təhlükəsinə inandırmaq istədikdə buraxılır" – İranın 5000 qeymeri tərəfindən EA ünvanına imzalanmış rəsmi ərizədə qeyd edilib.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL