waplog

“Samsung Galaxy S20”nin kamerasının əsas problemi məlum olub


“SamMobile” nəşrinin jurnalistləri qabaqcıl “Samsung Galaxy S20” smartfonunun kamerasının əsas çatışmazlığını qeyd ediblər. Onların fikrincə, bu, çəkiliş üçün qoyulmuş məhdudiyyətdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, nəşr tərəfindən keçirilmiş sınaqlara əsasən, “Galaxy S20” istehsal xəttinin smartfonlarında 8K formatında video çəkilişi 5 dəqiqədir. Bu müddət bitdikdən sonra sistem çəkilişi dayandırır. Jurnalistlərin fikrincə, bu, prosessora yüklənməni azaltmaq üçün edilir. Digər mühüm çatışmazlıq çəkilmiş videonun həcminin böyük olmasıdır: 8K formatında çəkilmiş videonun bir dəqiqəsinin tutumu təxminən 600 meqabaytdır.

 

Qurğuya quraşdırılmış daşıyıcının tutumu 128 QB-dır, ancaq daxili yaddaşı tutumu 1 TB-dək olan “microSD” formatlı kartla artırmaq olar.

 

“SamMobile”in nəşrinin qənaətincə, aşkar çatışmazlıqlara baxmayaraq, çəkilmiş 8K videoların keyfiyyəti o qədər yüksəkdir ki, həmin videodan 33 meqapiksel təsvir ölçülü şəkillər çıxartmaq mümkündür.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL