waplog

Obyektlər saniyələr ərzində çap ediləcək


Lozanna Federal Politexnik Məktəbinin (EPFL) alimləri obyektlərin 3D printerdə çap edilməsini dəfələrlə sürətləndirmək üçün üsul axtarıb tapıblar. Yeni yüksək dəqiqlikli metod 30 saniyə ərzində kiçik, yumşaq predmetlər hazırlamağa imkan verir. Bu haqda “Nature” jurnalında dərc edilmiş elmi məqalədə deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, hazırda 3D çap prosesində, bir qayda olaraq, bir qatın digərinin üzərinə qoyulması üsulundan istifadə edilir. EPFL-dən bildirilib ki, hazırlanmış yeni üsul işığa həssas fotopolimerin müxtəlif bucaqlardan işıqlandırılmasına əsaslanır. Ultrabənövşəyi şüanın təsiri nəticəsində bu maddə tamamilə bərkiyir, qat-qat çap edilmir.

 

Yeni hazırlama 3D bioçap daxil olmaqla geniş sahələrdə tətbiq edilə bilər. Texnologiya hermetik, steril konteynerlərdə istehsalı nəzərdə tutur ki, bu da, məsələn, toxuma, orqan, eşitmə aparatlarını sürətli və təhlükəsiz şəkildə yaratmağa imkan verir.

 

İndi sistem iki santimetrlik obyektləri 80 mikrometrədək dəqiqliklə çap etməyə imkan verir. Gələcəkdə alimlər ölçüsü 15 sm-dək olan daha böyük predmetlərin istehsalını araşdırmaq niyyətindədirlər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL