waplog

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib


Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2020-ci ilin fevral ayında vətəndaşları qəbul cədvəlinə uyğun olaraq bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Sabirabadda, nazirin birinci müavini Əli Abdullayev Şirvanda vətəndaşlarla görüşüb.

 

Nazir Sabirabad və Saatlı, nazirin birinci müavini isə Şirvan sakinlərini qəbul edib.

 

Vətəndaşlar tərəfindən əsasən nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları və poçt rabitəsi ilə bağlı müraciətlər səsləndirilib.

 

Müraciətlərin bir qismi yerindəcə həll olunub, digərləri araşdırılması üçün nəzarətə götürülüb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, onlara həmin müraciətlərin aidiyyəti strukturlara göndəriləcəyi bildirilib.

 




 

 

 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL