waplog

Çinli tələbə sevgilisinə özü düzəltdiyi planşeti hədiyyə edib


Çin sakini Vey Sinlun sevgilisinə köhnə noutbukdan düzəltdiyi planşeti hədiyyə edib. Belə ki, onun planşet almağa pulu çatmadığından bu addımı atıb. Qurğu ona 800 yuan və ya 125 dollara başa gəlib. Vey Sinlun köhnə noutbuku alaraq onu planşetə çevirib. Onun bu işə 10 gün vaxtı gedib.

 

Sinlun bunun üçün internetdə yerləşdirilən videodərsliyi öyrənib. Onun hazırladığı planşet ölçüsünə görə “iPad”-a oxşayıb. Planşet “Windows 7” əməliyyat sistemi əsasında işləyir.

 

Onun vasitəsi ilə kitab oxumaq, oyun oynamaq, filmə baxmaq və internetə daxil olmaq mümkündür. Sinlun özü hazırladığı planşeti sevgilisinə ad günündə hədiyyə edib. Qız bu hədiyyəni çox bəyənib.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL