waplog

“Apple” şirkətinin ilk sənədləri “Sotheby's” hərracına çıxarılıb


“Sotheby's” hərrac evi dekabr ayının 13-də “Apple” şirkəti və onun fəaliyyətinin başlanğıcına aid olan sənədi satışa çıxararaq hərrac keçirmək niyyətindədir. Stiv Cobs, Stiv Voznyak və Ronald Ueyn tərəfindən imzalanmış sənəd təxminən 100-150 min dollara satılmalıdır.

 

“Sotheby's” izahına əsasən, 3 səhifəli sənəd “Apple”-ın 3 rəhbəri arasındakı razılaşmanı ifadə edir. Həmin razılaşmaya əsasən, Ronald Ueyn “Apple”-da öz 10%-lik payını 2300 dollara satır. Sənəd 1 aprel 1976-cı il tarixinə imzalanıb. Hal-hazırda “Apple” korporasiyasının 10%-lik payı 40 milyard dollardan çoxdur.

 

Hərrac evindən bildiriblər ki, sənəd hərrac lotu kimi öz sahibini iki dəfə dəyişib. Belə ki, sənədin ilk sahibi onu Ueyndən şəxsən alıb, sonra 90-cı illərin ortalarında onu yeni sahibinə satıb, yeni sahib isə sənədi indiki hərraca çıxarıb. Sənədin sahibi qeyd edib ki, onun satılması haqqında qərarı cari ilin oktyabr ayında Stiv Cobsun ölümündən sonra qəbul edib.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL