waplog

“LG” şirkəti qorunmuş korpusda üç yeni kamerofon təqdim edib


"LG" şirkəti K seriyasına məxsus üç yeni smartfon modelini təqdim edib. Bütün aparatlar "MIL-STD-810G" hərbi standartına uyğun hazırlanmış korpusdan başqa böyük displey, qabaqcıl kamera konfiqurasiyaları və təmassız ödəniş üçün NFC modulları ilə təchiz ediliblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "LG K61" smartfonu "Full HD " təsvir ölçülü 6,5 düymlük "FullVision" ekranına malikdir. Smartfonun əsas kamerası 4 sensordan ibarətdir: 48 mp-lik əsas, 8 mp-lik genişbucaqlı optika, 2 mp-lik makroobyektiv və 5 mp-lik dərinlik datçiki. Arxa qapağın mərkəzi hissəsində barmaq izi skaneri quraşdırılıb.

 

Aparat 2,3 QHs takt tezlikli 8 nüvəli prosessor, 4 QB-lıq əməli yaddaş, 64/128 QB-lıq daxili yaddaşa malikdir. Qurğu 4000 milliamper/saat tutumunda daxili akkumulyatorla təchiz edilib.

 

"LG K51S" smartfonu HD formatlı 6,5 düym diaqonallı ekranla təchiz edilib. Arxa kamera 32, 5 (genişbucaqlı obyektiv) və 2 (makroobyektiv) meqapiksellik sensorlara, həmçinin 2 meqapiksellik dərinlik datçikinə malikdir. Modelin akkumulyatorunun tutumu böyük versiya ilə eynidir.

 

"LG K41S" aparatının ekranının diaqonal və təsvir ölçüsü, həmçinin akkumulyatorunun tutumu və optika dəsti "K51S" modelinə uyğun gəlir. Smartfonun arxa kamerası 13, 5, 2 və 2 mp-lik sensorlardan ibarətdir.

 

Hər üç yenilik "Google Assistant" səs köməkçisini işə salmaq üçün xüsusi düymə ilə təchiz edilib, həmçinin multimedia məzmununun səsləndirilməsi zamanı yüksək keyfiyyətli səslənməni təmin edən "X 3D Surround Sound" texnologiyasını dəstəkləyir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL