waplog

Regional Rabitə Birliyi MDB ölkələrinin Parlamentlərarası Assambleyasının Ekspertlər Şurasının 21-ci iclası keçirilib


Rusiyanın Sankt-Peterburq şəhərində Regional Rabitə Birliyi MDB ölkələrinin Parlamentlərarası Assambleyasının Ekspertlər Şurasının 21-ci iclası keçirilib.
   
Tədbirdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təmsil edib.
 
İclasda Ekspertlər Şurasının tərkibi, rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları, MDB ölkələrində cəmiyyətin rəqəmli inkişafının hüquqi bazası, rəqəmli eyniləşdirmə və s. məsələlər müzakirə olunub. 
 
“Rəqəmli İnkişaf”, “İKT sahəsində pozuntuların qarşısının alınması” haqqında  və sahə üzrə digər bir sıra  model qanun layihələrinə baxılıb.  Qanun layihələri təsdiq edilib.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL