waplog

Dünya İKT bazarının həcmi 4,30 trilyon dollara çatacaq


“International Data Corporation” (IDC) şirkəti 2020-ci ildə dünya informasiya-kommunikasiya texnologiyaları (İKT) bazarında 3,6 faizlik artım proqnozlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qiymətləndirməyə görə, 2019-cu ildə İKT sahəsində qlobal xərclər 4,15 trilyon dollar səviyyəsində olub. Analitiklərin proqnozlarına görə, cari ildə bu göstərici 4,30 trilyon dollaradək artacaq.

 

Qeyd olunur ki, ümumi xərclər həcmində kommersiya və ictimai sektorların payı təxminən 2,7 trilyon dollar təşkil edəcək. Xərclərin qalan hissəsi istehlak xərclərinin payına düşəcək.

 

Bu il informasiya texnologiyaları (İT) seqmenti ümumi sahənin həcminin yarısından çoxunu təşkil edəcək. İKT bazarının daha 3,1 hissəsinə pul ifadəsində telekommunikasiya servisləri sahib çıxacaq. Bununla yanaşı, mobil servislər 859 milyard dollar məbləğində xərclərlə ən böyük kateqoriya olacaq.

 

İstehlak seqmentinə gəldikdə, bu il burada ümumi xərclər 0,7 faiz (2019-2023-cü illərdə orta göstərici) artacaq. Ən böyük xərc maddələri kimi mobil telekommunikasiya xidmətləri və müxtəlif qurğuların (smartfon, planşet, noutbuk və s.) alışı qeyd edilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL