waplog

“Crew Dragon” raketi kosmik turistlərin orbital uçuşları üçün istifadə ediləcək (VİDEO)


Kosmik turistlərin uçuşunun təşkili ilə məşğul olan ABŞ-ın "Space Adventures" şirkəti "SpaceX" korporasiyası ilə belə uçuşların həyata keçirilməsi üçün hazırda sınaqları keçirilən "Crew Dragon" pilotlu kosmik gəmisindən istifadə haqqında saziş imzalayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, ilk belə uçuşun 2021-ci ilin sonunda və ya 2022-ci ilin əvvəlində həyata keçirilməsi planlaşdırılır. Göyərtəsində dörd turistin yerləşəcəyi raket Kanaveral kosmodromundan buraxılacaq. O, Beynəlxalq Kosmik Stansiyanın orbitində yuxarı orbitə çıxarılacaq və kosmosda beş gün qalacaq. "Crew Dragon" raketində turist uçuşları və biletin qiyməti haqqında daha ətraflı məlumat verilmir.

 

Xatırladaq ki, "SpaceX" şirkəti tərəfindən ABŞ Kosmik Agentliyinin (NASA) sifarişi ilə "Commercial Crew Development" proqramı çərçivəsində "Dragon" yük gəmisi əsasında hazırlanan "Crew Dragon" 2011-ci ildə "Space Shuttle" proqramı başa çatdıqdan sonra Beynəlxalq Kosmik Stansiyaya buraxılan ABŞ-ın ilk pilotlu kosmik gəmisidir – o, avtonom rejimdə ilk uçuşu 2019-cu ilin martında edib.

 

"Crew Dragon" raketindən, həmçinin Aya turist uçuşları üçün istifadə nəzərdə tutulur. Belə ki, "SpaceX" şirkəti 2018-ci ildə yaponiyalı milyarder Yusaku Maedzava ilə belə uçuşun həyata keçirilməsi haqqında saziş imzalayıb. Hazırda bu uçuş 2023-cü ilə planlaşdırılır.

 

Nizam Nuriyev

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL