waplog

Cənubi Koreyada ilk “Google” “bulud” regionu istifadəyə verilib


“Google” şirkəti Seulda “bulud” regionunu istifadəyə verib. Bu, şirkətin Cənubi Koreya bazarı üçün ilk, Asiya-Sakit okean regionu üçün səkkizinci “bulud” regionudur. Hazırda qlobal “Google Cloud” “bulud” şəbəkəsi 16 ölkədə 21 region və 64 zonanı əhatə edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, üç zonanın daxil olduğu yeni region Cənubi Koreyanın robot texnikası, süni intellekt, eləcə də onlayn oyunlar sahəsində layihələrin icrası üçün “bulud” servislərindən istifadə imkanını genişləndirəcək.

 

Bildirilir ki, istehlakçılara “Google Kubernetes Engine”, “Bigtable”, “Spanner” və “BigQuery” kimi ənənəvi alətlər dəsti təklif olunur. “Google” şirkətinin yerli müştəri bazasına “Samsung”, “LG Electronics” və “SK Telecom”, eləcə də mobil oyunların hazırlanması üzrə “Netmarble” və “SundayToz” şirkətləri daxildir.

 

Qeyd edək ki, “Google” şirkəti Asiya-Sakit okean regionunda Sinqapur, Mumbay, Tokio, Osaka, Tayvan, Sidney və Honkonqda “bulud” regionlarına malikdir. Yaxın vaxtlarda Cakartada (İndoneziya) daha bir “bulud” regionunun açılışı gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL