waplog

"Copypaste" konsepsiyasının ixtiraçısı dünyasını dəyişib


İnterfeys və proqramlarda "kəsmək", "kopyalamaq" və "yerləşdirmək" (cut, copy, paste) kimi funksiyaların müəllifi olan kompüter tərtibatçısı Larri Tesler 74 yaşında dünyasını dəyişib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, Larri Tesler 1945-ci ildə Nyu-Yorkda anadan olub və Stenford Universitetində kompüter elmini öyrənib. Təhsilini başa vurduqdan sonra süni intellekt tədqiqatları sahəsində işləyib, 1973-cü ildə Palo-Alto Tədqiqat Mərkəzində (PARC) işləməyə başlayıb.

 

Mühəndislər PARC-da gələcəyin kompüterləri üçün ideyaları sınaqdan keçirirdilər. Larri Tesler də məhz burada "copypaste" – mübadilə buferi vasitəsilə proqramlar arasında məlumatların rahat və intuitiv şəkildə daşınması konsepsiyasını hazırlayıb. İlk öncə mətn üzərində işlərin sadələşdirilməsi üçün yaradılmış "kopyalamaq", "kəsmək" və "yerləşdirmək" funksiyaları sonralar təkcə mətn redaktorlarının deyil, həm də istənilən proqram və əməliyyat sisteminin ayrılmaz bir hissəsinə çevrildi.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL