waplog

“Huawei” 5G-nin kommersiya istifadəsi üçün 91 müqavilə bağlayıb


Çinin “Huawei” şirkəti 5G texnologiyasının kommersiya istifadəsi üçün  91 müqavilə bağlayıb. Bu haqda Sinxua agentliyi məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, məlumata görə, beşinci nəsil mobil şəbəkələrinin inkişafı üzrə müqavilələrin 50%-dən çoxu Avropada imzalanıb.
 
Fevralın əvvəlində bildirilmişdi ki, Böyük Britaniya “Huawei”nin köməyi ilə öz 5G şəbəkəsini qurmaq istəyir. Britaniyalılar milli təhlükəsizliklə bağlı obyektlər istisna olmaqla Çin şirkətinə 5G şəbəkəsinin yaradılması layihəsində məhdud iştirak imkanı yaradıblar. Bundan başqa, Avropa İttifaqı “Huawei” şirkətinin Avropanın növbəti nəsil kommunikasiya layihələrində iştirakına qadağa qoyulmasından imtina edib. Bununla da ABŞ-ın Çin yüksək texnologiyalarını təcrid etmək cəhdlərinə ciddi zərbə vurulub.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL