waplog

“AMD” şirkəti “İntel” korporasiyası ilə rəqabət aparmaqdan yorulub


“AMD” şirkətinin “Bulldozer” mikroarxitekturasının ilk prosessorları uğursuz alınıb, buna görə də Amerika şirkəti inkişaf strategiyasına yenidən baxmalı olub. Bundan sonra çip istehsalçısı “AMD” şirkəti “İntel” korporasiyası ilə stolüstü seqmentdə rəqabət aparmayacaq, istiqamətini smartfon və planşetlər üçün olan həllərə dəyişir,- “Electronista” yazıb.

 

"Dönüş anı yaranıb. Biz „AMD İntel”-ə qarşı" köhnəlmiş stereotipindən qurtulmalıyıq" – “AMD” şirkətinin rəsmi nümayəndəsi Mayk Silverman bildirib. Mobil prosessorlardan əlavə korporasiya özü üçün yeni bazarlara da yiyələnəcək. Bu günlərdə, məsələn, şirkət “AMD Memory” brendi altında əməli yaddaş modullarını istehsal etməyə başlayıb.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL