waplog

“Sony Xperia 1 II” smartfonu nümayiş olunub


Yaponiyanın “Sony” şirkəti ötənilki “Xperia 1” modelinin təkmilləşdirilmiş versiyası olan qabaqcıl “Xperia 1 II” smartfonunu nümayiş etdirib. Qurğunun rəsmi təqdimatı “Mobile World Congress 2020” sərgisində nəzərdə tutulsa da, tədbir koronavirusa görə ləğv edilib. Bu səbəbdən şirkət tərəfindən ayrıca tədbir təşkil olunub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, Avropa bazarında yeni “Sony” qurğusu şirkətin beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk smartfonu olacaq. Əvvəlki “Xperia 1” modelindən fərqli olaraq yeni “Xperia 1 II” simsiz enerji doldurma və qulaqcıq üçün 3,5 millimetrlik standart çıxışla təchiz ediləcək.

 

Lakin smartfonun başlıca xüsusiyyəti “Sony Alpha” rəqəmli kameraları üçün yaradılmış texnologiyalardan istifadə edən təkmilləşdirilmiş kamerasındadır. Digər istehsalçılar smartfonlarda fotomodulları əsasən meqapiksellərin sayını artırmaqla yaxşılaşdırdığı halda qabaqcıl “Sony” qurğusunda innovativ texnologiyalar, məsələn, saniyədə 20 kadr seriyalı çəkiliş funksiyası tətbiq edilib.

 

Əsas fotomodulun 1/1.7 düymlük “Exmor RS” matrisası “Zeiss” obyektivi ilə birlikdə işləyir. “Cinematography Pro” texnologiyası çəkiliş quraşdırmalarını səhnə şəraitinə uyğun operativ dəyişməyə imkan verir. Bunun sayəsində ən dinamik süjetlərin çəkilişi asanlaşır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL